Təbiət

Planetimizin ən böyük şirinsulu gölü: Yuxarı göl

ABŞ ərazisində yerləşən Yuxarı Göl (ing. Lake Superior)  - Böyük göllər sistemində ən böyük şirinsulu və dərin göldür. Göllərin dünyada sahəsinə görə sıralamasında, Xəzərdən sonra, ikici yeri tutur. Ocibve dilində göl “Gichigami” adlanır ki, bunun da mənası "böyük su" dur. 


XVII əsrdə fransız tədqiqatçıları gölü “le lac supérieur” - "ən yüksəkdə yerləşən göl" deyə adlandırdılar. Sonralar İngilislər bu gölün qitədə böyük olduğunu başa düşərək bu ada uyğunlaşdılar.


Yuxarı göl - Kanada ilə Ştatlar arasındakı sərhəddə yerləşir. Göl şimaldan Kanadanın sərhədində Ontario əyaləti, qərbdən və cənubdan isə ABŞ-ın Minnesota, Viskonsin və Miçiqan ştatları ilə əhatə olunub.


Göl buzlaqların yaratdığı bir hövzədə dəniz səviyyəsindən 183 m yüksəklikdə yerləşir. Su anbarının sahəsi 82,4 min kvadrat km. təşkil edir ki, bu da Xəzər dənizinin sahəsindən 4,5 dəfə azdır. Gölün dərinliyi 406 m, uzunluğu 560 km, eni isə 260 km-dir. 


Gölə böyük çaylar axmır. Gölün suyu soyuq və aydındır. Gölün mərkəzi hissəsində havanın temperaturu hətta yayda belə 4 ° C-dən çox olmur və fırtınalar səbəbindən qışda donmur. Sahil zonası dekabrın əvvəlindən aprelin sonuna qədər buzla örtülü olur. 


Ən böyük şirinsulu göl yay aylarında belə üzmək üçün yararsızdır: suyun ən yüksək temperaturu 12 dərəcəyə çatır. Burada suyun səviyyəsi ilin vaxtından asılıdır: aprel və mart aylarında minimal, yayda isə ən yüksək olur, çünki bu zaman güclü yağışlar yağır. Məhz Yuxarı Göl mini sunamisi ilə tanınır: belə ki suyun səthində yüksək dalğalar sahildən zərbə endirir.


Göl balıqlarla zəngindi, əsasən, ağ balıq, alabalıq, nərə balığı və digər növlər.


Göl suyolu və enerji mənbəyi kimi geniş istifadə olunur.