Bu maraqlıdır!

Antiqua və Barbuda

Antiqua və Barbuda — Vest-Hinddə, Karib dənizində bir ada dövlətdir. Adı - ölkənin ən böyük iki adasının şərəfinə qoyulub; Antigua - "qədim" və Barbuda "saqqallı" ispan sözlərindən əmələ gəlib. Paytaxtı Sent-Cons şəhəridir.


Antiqua və Barbudanın sahəsi - 443 km2, əhalisi isə 92.000 min nəfərdir (2015-ci il üçün). Əhali əsasən qaradərilidir.


Rəsmi dil – İngilis dilidir. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür. Xəritədə qərbdən şərqə baxıldığında Kuba, Haiti və Puerto-Riko kimi üç böyük adanın şərqində iştirak edən və şimaldan cənuba uzanmış Kiçik Antil adalar qrupunda ada ölkələrindən və Amerika ölkələrindən biridir.


Yerli xalqlar e.ə. 2400-cü illərdə burada məskunlaşmışdı. Xristofor Kolumb, 1493-cü ildəki ikinci səyahətində adaya çıxmış və Antiqua adını vermişdir. Sonrakı əsrlərdə İspan, Fransız və İngilislərin arasında əl dəyişdirdi. İngilislər 1667-ci ildə Antiquaya İrlandiyalı Katolik kölələr gətirərək buranı müstəmləkə etdilər. Köləlik sistemi 1834-cü ildə aradan götürüldü. Antiqua və Barbuda 1981-ci ildə, Kanada, Şotlandiya, İngiltərə, Avstraliya, Qaller, Yeni Zellandiya kimi İngilis Millətlər Birliyinə bağlı bir müstəqil ölkə oldu.


Antiqua təpəli mərcan adasıdır. Səthi cənub-qərbdə vulkan mənşəli yüksəkliklərdir (hünd. 402 m-ədək – Boqgi dağı ölkənin ən yüksək nöqtəsi). Sahil xətti çox girintili-çıxıntılıdır. Təbii liman və körfəzləri (Sent-Cons, Parem, İnqliş-Harbor və s.) var. Barbuda adası mərcan mənşəlidir. Yastı səthi, qumlu çimərlikləri var. Redonda adası qayalıqdır. 


Antiqua və Barbudanın iqlimi tropik passatdır. Ortaillik yağıntı 1150 mm-dir. Sentyabr–noyabr ayları yağışlı, fevral–aprel ayları quraqlıq olur. İyul–oktyabr ayları üçün qasırğalar səciyyəvidir. 


Antiqua adasının ərazisində onu arxipelaqın digər adalarından fərqləndirən meşə yoxdur. Yalnız Barbuda adasının ərazisi meşələrlə örtülüdür.


Adaların faunası zəifdir. Barbuda adasında çox sayda quş, kərtənkələ, tısbağası qorunub saxlanılmışdır. Tropik meşələrdə maral, qaban, laqunda su quşlarına rast gəlinir. Ərazisində Nelsons-Dokyard Milli Parkı və Dayamond-Rif Dəniz Parkı var.


Ada ərazisində çaylar və göllər yoxdur.