Bu maraqlıdır!

Çöl noxudu: Möhtəşəm Svaynsona

Çöl noxudu və Möhtəşəm Svaynsona kimi tanınan bu möhtəşəm görünüşlü, noxuda bənzər gül Avstraliya səhralarında yetişir. Avstraliyanın ən məşhur yabanı güllərindən biri olan bitki səhrada quraq ərazilərdə böyüyür. 


Paxlalılar fəsiləsinə aid olan bu bitkinin təxminən 50 növü mövcuddur. Svaynsona gülü dünyada az tanınsa da, qeyri-adi və gözəl çiçəyi ilə çox diqqət çəkir.


Möhtəşəm Svaynsona - Cənubi Avstraliya əyalətinin gerbi sayılır, Milad bayramı və Yeni ilin simvolu hesab olunur.


Çiçəyin geniş yayılmasına baxmayaraq, dövlət tərəfindən xüsusi icazə olmadan onu qoparmaq və nümunələri xaricə ixrac etmək qəti qadağandır.


Bu bitkinin boyu yerdən cəmi 10-20 santimetr yuxarı qalxır. Lakin buna baxmayaraq, Avstraliyanın bəzi bölgələrində 2 metr yüksəkliyə çatan Nəhəng Svaysona gülləri belə var.


Kiçik solğun yarpaqlar hamımıza məlum olan noxudun yarpaqlarına çox oxşayır: yuvarlaq yarpaqlar uzun bir qol üzərində bir-birinə qarşı yerləşir. Saplağı möhkəm, həmçinin solğun, demək olar ki, boz rəngdədir.


Svaynsona çiçəkləri və qönçələrinin bütün cazibəsini və gözəlliyini sözlə izah etmək çətindir. Çiçəklər böyük olmasa da, çox möhtəşəm, görünüşcə qeyri-adidir. Gülün üzərindəki qara noxuda bənzər çıxıntıları və tünd parlaq qırmızı rəngi sanki cəlb edir.


Son illərdə bu bitkinin iqlimləşdirilməsi və sənaye baxımdan becərilməsi ilə bağlı təcrübələr aparılır. Avropada Çöl noxudu bütün bağbanlar üçün məlum deyil, lakin son dərəcə özünəməxsus görünüşünə görə sürətlə populyarlıq qazanır.