Bu maraqlıdır!

Həşəratlar haqqında maraqlı faktlar

İynəcə - insan kimi bir konsentrasiyaya sahib olan yeganə həşəratdır. Bu o deməkdir ki, hər hansı bir xarici maneədən çıxaraq tək bir məqsədə yönələ bilirlər.


Arılar - Rəqsəbənzər hərəkətləri ilə digər arılara və həşəratlara lazımi siqnallar verir və hətta sadə həndəsi hesablamalar aparırlar. Arıların heyrətamiz bir yaddaşı var, onlar asanlıqla bir ərazi ilə gedə bilər və günəşin mövqeyi ilə yol tapmaq qabilliyyətinə sahibdilər.


Çəyirtkələr - uzaq uçuş mütəxəssisləridir. Acgöz kimi tanınsa da, gündə 80 km-ə qədər "məsafəsiz" uçan, inanılmaz enerji qənaəti edən həşaratdır. 


İşıldaquşlar - təkcə parıltı vermir, eyni zamanda həm də enerjiyə çox qənaət etmək qabilliyyətinə malikdir. İşıldaquşlar yaydıqları işığı rabitə vasitəsi kimi istifadə edərək digər işıldaquşlara bir neçə növ siqnal ötürür. 


Tarakanlar (mətbəx böcəyi) -  Dünyanın ən sevilməyən böcəklərindən biridir. Radiasiyaya qarşı müqavimət göstərə bildiklərindən düşünülür ki, tarakanlar rahatlıqla nüvə kataklizmasını keçirə bilərlər. Bəzi növlərin beynində, insanlar üçün zərərli olan bakteriyaları dəf edə biləcək, güclü antibiotiklər var.


Birələr - pis və zərərli parazitlərdir, lakin qeyri-adi qabiliyyətlərə malikdir. Yüngül çəkisi və inanılmaz dərəcədə inkişaf etmiş ayaq mexanizmi sayəsində öz hündürlüyündən 150 qat yüksəkliyə tullanmağı bacarırlar. 


Peyin qurdu - tamamilə zərərsizdir, ancaq yuva yaratmaq və sürfələri qidalandırmaq üçün heyvan peyinini yuvarlayaraq top şəklinə salmaq qabilliyyətinə malikdir. Onların yönləndirmə bacarıqları mükəmməldir, böcəklər toplarını hətta tam qaranlıqda belə mükəmməl düz bir xəttlə apara bilirlər.


Qarışqalar - arılardan biraz daha pis naviqasiya bacarıqlarına sahibdirlər, lakin yuvalarına bir neçə kilometr məsafədə belə yol tapa bilirlər. Qarışqalarda iybilmə və toxunma hissləri yaxşı inkişaf edib. Öz kütlələrinə nisbətən ağır yüklər də daşıya bilirlər.


Dozanqurdu böcəkləri - özünümüdafiə texnikalarını yaxşı bilir. Düşməni iki mürəkkəb kimyəvi komponentin qarışığı olan maye ilə (istilik 100 dərəcəyə qədər ola bilər!) top atəşinə tuturlar.