Təbiət

Üçbucaqlı hörümçək

Üçbucaqlı hörümçək Arkys lancearius, Avstraliya və Yeni Qvineyanın tropik meşələrində yaşayır. Arkyidae fəsiləsinə məxsus hörümçək növüdür. 

 

Digər hörümçəklərdən fərqli olaraq, üçbucaqlı hörümçək öz məqsədinə çatmaq üçün tor qurmur. O, yarpaqların arasında gizlənərək gələcək ovunu gözləyir. Çənələri insanlar üçün təhlükəsiz olan kiçik zəhərli dişlərlə təchiz olunub. 

 

Lakin ac ovçunun əzmli pəncələrinə düşən kiçik həşəratları dərhal məhv edirlər.

 

Hörümçəyin üçbucaq forması ilə ürəyi xatırladan gövdəsi parlaq narıncı, sarı və ya qırmızı rənglərdə olur. Erkəklər 5.5 mm olduğu halda, dişilər biraz daha uzun, 8 mm-dir. Belə kiçik olsalar da, öz ölçüsündə olan çəyirtkə, tırtıl, milçək və qarışqalar üçün real təhlükə mənbəyidirlər.

 

Onun geniş ön ayaqları, qurbana xilas olmaq üçün heç bir fürsət verməyən kəskin dırnaqlardan ibarətdir. 

 

Üçbucaqlı hörümçək tor toxumağı sevməsə də, bəzi təhlükə anlarında məsələn, yüksəklikdən sürətlə düşmək üçün bir neçə iplik toxuya bilər. Yanvar-fevral aylarında yumurtalarla dolu kisəsini qoyur. Kisələr təxminən 8 mm diameterdə olur və açıq rəngli iplər ilə üzəri toxunur. Hər kisədə təxminən 70 yumurta, hər yumurta isə 0.7 mm diametrdə olur.