Təbiət

Oyuncaq ayı yengəci

Xanthidae fəsiləsinə aid olan bu qeyri-adi yengəci yerli sakinlər oyuncaq ayı adlandırır.

 

Belə adlanmasının səbəbi, yengəcin bütün gövdəsinin ayı balasında olduğu kimi sıx tüklərlə örtülü olmasıdır. Tüklərin rəngi ağdır. Lybia cinsindən olan pom-pom yengəci ilə birlikdə Polydectinae yarım-fəsiləsini yaradır. 

 

Oyuncaq ayı və ya elmi adı ilə Polydectus cupulifer, Hind və Sakit Okeanlarının isti sularında, qərbdə Madaqaskardan Yaponiya və şərqdə Fransız Polineziyasına qədər ərazilərdə yaşayır. Sadəcə 2 sm uzunluğunda böyüyə bilir. Buna görə də həyatı təhlükə altında olur. 

 

Tüklərlə örtülmüş bədənində və qısqaclarında aktinilər və ya dəniz anemonları adlanan zəhərli dəniz poliplərini daşıyır. Maraqlıdır ki, dəniz aktiniləri 7.5-8 sm qədər uzana bilirlər. Bu da, onları daşıyan yengəcdən 4 dəfə daha uzundur.