Təbiət

Şimali Amerika qırqovulu

Amerika Birləşmiş Ştatları və Kanadanın əksər ərazilərdə məskunlaşan Sürvə qırqovulu (Centrocercus urophasianus) öz ailəsinin ən böyük nümayəndəsi sayılır. Uzunluğu 65 - 75 sm, kütləsi isə 3,5-4 kq ağırlığındadır. Erkək qırqovul dişidən daha böyük və rənglidir.


Sürvə qırqovulu, bir qayda olaraq, qayalı dağların ətəklərində bitən yovşanlı kolların əhatəsində yaşayır. Yovşan kolu quşlar üçün etibarlı bir sığınacaq və il boyu əsas qida mənbəyidir. Sürvə qırqovulu əsasən bataqlıq ərazilərdə məskunlaşır.


Hər iki cinsin lələyi boz, qəhvəyi, sinə nahiyəsi isə tünd rəngdədir. Erkəklərin boğazı ağ rəngdədir, üzərindəki iri və sarı rəngli zobabənzər torba isə sinəyə doğru uzanır. Boynunu şişirib, xüsusi səs çıxararaq erkək dişi quşları özünə cəlb edir. 2-3 gün ərzində dişilər özlərinə yoldaş seçir və bundan sonra çiftləşmə mövsümü başlayır.


Sürvə qırqovulunun əsas düşmənləri - koyot, vaşaq, Amerika porsuğu və həmçinin şahin ailəsinin quşlarıdır.