Təbiət

Adonis çiçəyi

Avropa və Asiyanın mülayim iqlimli ölkələrində 20 növü yayılmışdır. Azərbaycanda 5 növünə rast gəlinir. Onlar Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək əkin yerlərində, quraq yamaclarda, alaq bitkiləri arasında yayılmışdır. Bir və çoxillik otlardır. 


Çiçəkləri tək-tək yerləşir. Tumurcuqları dallı və ya sadədir. Ləçəkləri qırmızı və sarı olur. Onların diametri 4-6 sm arasında dəyişir. Meyvəsi toxumca olmaqla “yığılmış” meyvədir. 


Əksərən zəhərli bitkilərdir. Bəzi növlərindən ürək və böyrək xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərman preparatları alınır. Çoxillik növlərinin köklərindən sarı boya alınır.


Adonis bağbanlar arasında yalnız XVII əsrin sonlarında böyük populyarlıq qazanmağa başladı. O vaxtdan bəri, belə bir çiçək həm bağlarda, həm çiçək yataqlarında, həm də parklarda olduqca tez-tez tapıla bilər.