Görkəmli şəxsiyyətlər

Aqneş Balint

Aqneş Balint –Macarıstan televiziyasında ilk uşaq və gənc televiziya proqramlarının yaradıcılarından biri, yazıçı və tərcüməçi olub.

 

Balint 23 oktyabr 1922-ci ildə anadan olub. Erkən yaşlarından balaca qızcığazda bitmək bilməyən xəyal gücü və rəsmə olan istedadı özünü göstərməyə başlayıb.

 

Aqneş beş yaşında oxumağı öyrənib. İlk kitablar ona çox təsir edib. 12 yaşında ilk altı hekayəsini yazıb və rəsmləri ilə təsvir edib. Hekayələrin biri "Niyə filin uzun xortumu var?" adlanır.

 

14 yaşında Aqneş, pəri Fanni və onun dostu Piter Paulun sərgüzəştləri haqqında "Fanni, müasir sehirbaz" nağılını yazdı. Nağıl ilk dəfə 1937-ci ildə bir Macarıstan uşaq jurnalında müəllifin rəsmləri ilə birgə nəşr edildi.

 

Budapeştdə məktəbi bitirdikdən sonra təsviri sənət təhsili almaq üçün Aqneş Vyanaya köçüb.

 

1941 - 1943-cü illərdə Aqneş uşaqlar üçün hekayələr yazsa da, bir çoxu yayımlanmayıb.

 

1944-cü ildə Aqneş Şandor Nemet adlı həkimlə evlənib. Onların Aqneş və Anna adlı iki qız övladı dünyaya gəlib.

 

Uşaq televiziyalarında Agneş komik kukla personajları ilə bir sıra televiziya proqramlarını yayımlayıb. Populyar qəhrəmanlarından biri də İzyumka idi. Televiziya aləmində onun iştirakı ilə həm təhsil, həm də əyləncəli televiziya proqramları yaradıldı və macar uşaqları arasında çox populyarlaşdı.

 

Aqneş Balint özü etiraf edib ki, "Həyatımın əsas hadisəsi televiziyada işləmək oldu".

 

1962-ci ildən bəri "Dəniz" nəşriyyatı Balintin kitablarını demək olar ki, hər il nəşr etməyə başlayıb. Bunların arasında "Futrinka küçəsindəki nədir?", "Kapitan Bruno", "Gəmi jurnalı", "Adada İynəcə”, "Siçanın gündəliyi", "İzyumka" nağılları yer alıb.

 

"İzyumka" kitabı 1965-ci ildə nəşr olunub, uşaqlar arasında populyarlıq qazandığına görə 1968 və 1976-cı illərdə daha iki dəfə də nəşr olunub.

 

Aqneşin kitabları dünyanın bir çox dillərinə tərcümə edilib. Məsələn, "İzyumka nağılı" rus dilində “Qnom Qnomiç və İzyumka" adlanır.

 

Macarıstanda Aqneş Balint təkcə yazıçı kimi deyil, həm də tərcüməçi kimi tanınır. Bir çox uşaq kitabını, o cümlədən “Pişik Qarfild” haqqında hekayələr və Heraklın sərgüzəştləri nağıl kitabını macar dilinə tərcümə edib.

 

Aqneşin “Su pərisinin sərgüzəştləri” haqqında son kitabı 2000-ci ildə nəşr olunub.

 

1997-ci ildə Aqneş Balint Macarıstan Dövlətinə xidmətlərinə görə fəxri orden ilə təltif edilib.

 

24 oktyabr 2008-ci ildə dünyasını dəyişib.