Uşaq yaradıcılığı

Qonağımız Aysun Qocayevadır

Uşaq yaradıcılığı rubrikasının qonağı Aysun Qocayevadır.

 

Gəncə şəhəri 21 nömrəli məktəbin 7-ci sinif şagirdi olan Aysun müəllimlərinin və sinif yoldaşlarının sevimlisidir. O, məktəbi əla qiymətlərlə oxuyur. 

 

5 ildir Gəncə şəhər UGİM-in rəsm dərnəyinin üzvüdür. Şəkil çəkmək Aysunun ən çox sevdiyi məşğuliyyətlərdən biridir. Müxtəlif mövzular üzrə müsabiqələrdə iştirak edib. Fəxri fərmanlara və Təşəkkürnamələrə layiq görülüb.

 

Öz üzərində daima inamla çalışan Aysun böyüyüb cərrah olmaq arzusundadır. Biz də Aysuna uğurlar arzulayır, qonağımız olduğu üçün təşəkkür edirik.