Xəbərlər

Bu gün Analar Günüdür

Hər il  may ayının 2-ci bazar günü Beynəlxalq analar günü bütün dünyada sevinc  və coşğuyla qeyd olunur. Həmin gün beynəlxalq qadınlar günündən fərqli olaraq, anaları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada “Analar günü” mayın ikinci bazar günü qeyd olunur. 
 
 
9 ay bizi öz bətnində daşıyan, hər nazımızı çəkən analar, bütün bəşəriyyətin  müqəddəs varlığıdır.
 
 
Hər bir uğurumuzun arxasında analarımızın təmiz və pak duaları dayanır. Bizi çətinliklərlə dünyaya gətirən analarımıza  hörmət  və  sevgimizi  göstərməkdən çəkinməməliyik. Bütün anaları ‘‘Analar Günü’’ münasibətilə təbrik edirik.