Təbiət

Ərəbistan qumlarının zərərsiz ilanı- Qum Koramalı

Ərəbistan qumlarının sakini  – Ərəb Qum Koramalı (lat. Eryx jayakari)- zərərsiz bir ilan növüdür. Zəhərsizdir. Dişləməsi iynə sancmasını xatırladır, lakin ölümcül deyil.

 

Qum Koramalı həmçinin gülməli xarici görünüşü ilə digər ilanlardan fərqlənir. Belə ki, Eryx jayakari ilanında, digər ilanlarda olduğu kimi, gözləri başın yanlarında deyil, üstündə yerləşir.

 

Bu ilanlar Orta Asiya, İran və Əfqanıstan səhralarında yaşayır. Adətən çöl və yarımsəhra, qumlu və gilli-qumlu torpaqlarda geniş yayılıb.

 

Ərəb qum koramalı gün ərzində qumda gizlənir. Vaxtının çoxunu səhrada keçirdiyindən, həddindən artıq istilərə yaxşı uyğunlaşıb. Əsasən gəmiricilər, quşlar, kərtənkələlər, bəzən də kiçik ilanlar və gənc tısbağalar ilə qidalanır.

 

Onun uzanmış və üst çənəsinə doğru qıvrılmış alt çənəsi nəinki ilanın yalnız qum qatının altında maneəsiz irəliləməsini təmin edir, həm də qumun onun ağzına girməsinə mane olur.

 

Gözlərinin başın yanlarında deyil, üstündə yerləşməsi ilana tamamilə qum içində gizlənməyə imkan verir. Belə ki, ov zamanı görünməz qalması üçün ilan yalnız gözlərini qumdan çıxarır və şikarını görür.