Bu maraqlıdır!

Pet Rock: Qeyri-adi ev heyvanı

1975-ci ildə reklam şirkətində çalışan Qari Dal adlı bir şəxs, daş satmaqla öz biznesini qurur. “Pet Rock” adlanan bu biznesin əsasını - ev heyvanlarını xatırladan yumru daşların satışı təşkil edir.

 

Fikrin qəribəliyinə baxmayaraq, bu biznes sahibini multimilyoner edir. Satışların başlandığı vaxtda qeyri-adi bir ev məxluqunun qiyməti  $3,95 olur. Beləliklə, iş adamı o vaxtan ona $15 milyon gətirmiş 5 milyondan çox daş satmağı bacarır. Hazırda bu məbləğ təqribən $57 milyon dollardır.

 

Bir ev heyvanını saxlayarkən ortaya çıxan çətinliklər və xərclər səbəbindən bu qeyri-adi fikir Qarinin ağlına gəlir. Daşları saxlamaq isə çox asandır. Qari Dal inşaat materialları tədarükçülərindən toplu şəkildə daşlar almağa başlayır.

 

Bəs bir insanı köpək yerinə daş almasına necə inandırmaq olar?

 

Qari Dal “Rock Bottom Productions” adlı şirkət yaratdı. Yüksək keyfiyyətli və gözəl qablaşdırma (ev heyvanlarının daşınması üçün istifadə olunan qutuya çox bənzəyirdi) alıcıları cəlb etdi. Qutuda yeni ev heyvanınızı necə böyütməyinizi ətraflı izah edən bir təlimat kitabçası da var.

 

İş adamı alıcını inandıra bildi ki, insana sevinci-əşyanın özü deyil, ideyası gətirir! Yəni, uşaq zövqü oyuncaqdan deyil, məhz bu oyuncaq vasitəsilə yaranan təxəyyülün gücündən alır. Məhz bu marketinq strategiyası insanları belə qeyri-adi bir ev heyvanı almağa inandırdı. İnsanlar onlara adlar verdilər, onlarla danışdılar, hətta qayğısına belə qaldılar.

 

Bu gün bir daşın qiyməti $19,95.