Uşaq yaradıcılığı

İstedadlı Sevda ilə tanış olaq

Sevda Qurbanova Fuad qızı Gəncə şəhəri 20 saylı orta məktəbin 6q sinif şagirdidir. Müəllimlərinin və sinif yoldaşlarının sevimlisidir.

 

Özü, bacarıqları, arzuları haqqında bizimlə bölüşən Sevdanın rəsmə böyük marağı var. O, artıq üç ildir ki, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyində təhsil alır. 


Rəngarəng boyalarla işləməyi sevən Sevda rəsm çəkməklə yanaşı rəqslə də məşğul olur. Sevdanın şəkilləri tez-tez sərgilərdə nümayiş etdirilir. 


İstedadlı qonağımız gələcəkdə tanınmış memar olmaq arzusundadır. Biz də Uşaq Bilik Portalı adından Sevdaya uğurlar arzu edir, rubrikamızda qonaq olduğu üçün təşəkkür edirik.