Bu maraqlıdır!

Meymun tırtılı

Digər tırtıllardan fərqli olaraq Meymun tırtılının (lat. Phobetron pithecium) bədəni hər yandan uzun və sıx "yunla" örtülüdür. Buna bənzər başqa növlər hazırda məlum deyil.

 

Bu tırtılın hər iki yanlarında tük ilə sıx örtülmüş altı cüt çıxıntılar (böyümələr) var: bəziləri yuxarı doğru, bəziləri isə üfüqi istiqamətdədir. Məhz bu bədən formasına görə tırtıla qeyri-rəsmi olaraq "meymun tırtılı" deyilir. Hələlik bu böyümələrin tırtıl üçün hansı məqsəd daşıdığı dəqiq məlum deyil, lakin yırtıcıları qorxutmaq üçün xidmət etdikləri barədə fikirlər var.

 

Təəccüblüdür ki, tırtılları örtən tüklərə toxunularsa heç bir narahatçılıq hiss edilmir, belə ki, tırtılın bədən örtüyü “tikan” deyil məhz əsl “yunu” xatırladır. Bunu tırtılı əlində saxlamağa qərar verən və bu "təcrübənin" nəticələrini ictimaiyyətlə bölüşən entomoloq David L. Vaqner təsdiqləyib.

 

İnanılmaz sürfələrdən fərqli olaraq, yetkin Phobetron pitheiumu o qədər də nəzərə çarpmır: boz-qəhvəyi və ya boz rəngdə olur.

 

Phobetron pitheium ABŞ-da tez-tez bağlarda rast gəlinir.