Təbiət

Nyasa gölü

Nyasa gölü — dünyada sahəsinə görə doqquzuncu, dərinliyinə görə isə üçünçüdür. Nyasa həm də Мalavi gölü kimi də tanınır.

 

Nyasa gölü Şərqi Afrikada, Mozambik və Tanzaniya arasında yerləşən Rift dərəsi boyunca, yer qabığının çatında 578 km uzunluğa və 16–80 km arası enə malik dərədə yerləşir. Gölün uzunluğu 560 km, dərinliyi isə 706 m-dir.

 

Nyasa gölü Şərqi Afrika Rift dərəsi boyunca yerləşən göllər arasında sahəsinə görə üçüncüdür. Üstəlik bu riftin cənubunda yerləşən sonuncu göldür. Nyasa gölü dünyada şirin su ehtiyatının 7%-ni özündə birləşdirir.

 

«Nyasa» sözü Yao xalqının dilində «göl» mənasını verir.

 

Gölün səthi 472 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Sahəsi 29 604 km² təşkil edir. Gölün orta dərinliyi 292 m, maksimal dərinliyi 706 metrdir. Gölün dibi dəniz səviyyəsindən aşağıda yerləşir. Ümumi həcmi 8 400 km³-dir. Gölün ətrafı dağlarla əhatələnmişdir. Şimal-qərbində geniş düzənlik vardır. Bu hissədən Sonqve çayı gölə axır.

 

Gölün dibinin qalın örtüklə örtülməsi yaşının qədimliyini sübut edir. Fərziyyələrə görə yaşı 4 milyondur.

 

Hövzə ətrafında yerləşən ən hündür dağlar Livinqston dağlarıdır. Gölün şimal-şərqində Ruhuhu çayı Livinqston dağlarını yarır.

 

Gölü 14 çay qidalandırır. Onlar arasında Ruhuhu, Sonqve, Şimali Rukuru, Cənubi Rukuru, Dvanqva, Bua və Lilonqve ən uzun çaylardır. Göldən axan yeganə çay isə Şire çayıdır. Göl öz suyunun tərkibini 114 ilə dəyişir. Axarı olan göllər arasında suyu nisbətən şor və ağırdır. Səbəbi  güclü buxarlanmadır. Gölün səviyyəsi yağıntılardan asılı olaraq dəyişir. İqlim dəyişilikləri özünü açıq aydın göstərir. Yağıntının artması, buxarlanmanın azlığı səbəbindən gölün ətraf əraziləri basması müşahidə edilmişdir. 1978-1980-ci illərdə isə suyun səviyyəsi azalmış Şire çayından axın tamamən dayanmışdır. Bu hadisə 1915-1937 illər ərzində də bu təkrarlanmışdır.1997-ci ildə isə axın tamamən kəsilmişdir.

 

Göl üç ölkə arasında bölünmüşdür: Malavi, Mozambik və Tanzaniya. Gölün böyük hissəsi 68 % Malavi ərazisidir. 25 % Tanzaniya, 7 % isə Mozambik ərazisinə daxildir. Tanzaniya hissəsi göldə su balansının qorunması baxımından əhəmiyyətlidir.

 

David Livinqston 1860-cı ildə Zambezi çayı ilə mənbəyə doğru uğursuz cəhddən sonra Şire çayını tədqiq edir. Şire çayı ilə Nyasa gölünü aşkarlayır. O, ilk avropalı olur ki, Nyasa gölünü görür. Gölü ilk dəfə ətraflı şəkildə təsvir edir. Əslində gölün ilk açılışını edən avropalı Qaşmar Bukarru olub. O, hələ 1616-ci ildə göl ətrafına ayaq basaraq onu aşkarlayıb. Portuqaliya dövlət arxivi açılarkən bu təsdiqini tapır.