Tapmacalar

Tapmacalar

Qadın 6 piroq bişirməlidir. Tavaya isə yalnız 4 piroq yerləşə bilər. Amma qadının 6 piroqu bişirmək üçün 15 dəqiqə vaxtı var və piroqun bir tərəfinin qızarması üçün 5 dəqiqə vaxt sərf olunur. Qadın 6 piroqu 15 dəqiqəyə necə bişirsin?


Cavab-Hamısını birləsdirib 1 piroq eləsin, sonra da 6 yerə bölsün.

***

Hansı halda 3 baba, 2 nənə, 4 nəvə, 3 pişik, 7 siçan bir çətirin altına yığıldıqda islanmazlar?
Cavab-Yağış kəsdikdə

***

Yağışlı bir gündə villanın sahibi öldürülür. Polis evdə hər kəsi sorğu-sual edir.
Xidmətçi :
-Mən Uşağa baxırdım, deyir
Bağban:
-Mən çiçəkləri sulayırdım, deyir
Aşbaz: 
-Mən yemək hazırlayırdım, deyir. 
Sizcə kim öldürüb?
Cavab -bağban. Yağışlı havada gül sulayarlar? 
   ***


İki şəxs çaya yaxınlaşır. Çayın sahilində qayıq var və o yalnız 1 şəxsi daşımaq iqtidarındadır. Hər iki şəxs qayığa minərək çayın digər sahilinə keçir. Necə?
Cavab- Onlar fərqli sahillərdə idilər.