Uşaq yaradıcılığı

Rubrikamızın qonağı Aysun Aslanovadır

Rubrikamızın qonağı 17 yaşlı Aysun Aslanova Xaliq qızıdır. Aysun Gəncə şəhəri, 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. O, məktəb dərslərini yaxşı oxumaqla yanaşı, rəsmlə məşğul olmağı da çox sevir. 

 

Ən böyük arzusu rəssam olmaq olan Aysun Gəncə şəhər UGİM-nin rəsm dərnəyinin üzvüdür. 

 

Ən sevdiyi rəssamlardan danışarkən Səttar Bəhlulzadə və  Leanardo da Vinçinin adını xüsusi vuğulayan Aysun qrafika üsulu ilə portret janrında rəsmlər yaratmağı çox sevdiyini bildirib. "İnsan rəsmini çəkmək mənim üçün ruhun qidasıdır" deyən Aysun eyni zamanda dudlinqlərlə işləməyi də çox sevir.

 

Sonda qonağımız bizi çəkdiyi şəkillərlə tanış etdi. Uşaq Bilik Portalı adından Aysuna uğurlar arzu edir, qonağımız olduğu üçün təşəkkür edirik.