Xəbərlər

10 İyun - Ümumdünya Dondurma Günüdür

10 iyun - şirin və sevilən bayram olan “Ümumdünya Dondurma Günü”dür.


Müxtəlif şirniyyatlara və desertlərə həsr olunan bayramlar siyahısında, əlbəttə ki, Dondurma Günü öndə gəlir. Belə ki, bu süd məhsuluna az adam biganədir. Nəinki uşaqlar, hətta böyüklər üçün dondurma həmişə dadlı və sevinc bəxş edəndir!


İlk dəfə dondurmanın kütləvi satışı ABŞ-da 10 iyun 1786-cı ildə başlanıldı. Buna görə rəsmi statusu olmayan bu bayram məhz bu gün qeyd olunur. 


Əlbəttə ki, dondurmanın yaranma tarixi qədim zamanlara dayanır. Təxminən 3000 il əvvəl Çində buz, qar və meyvə parçaları qarışığından sərinləndirici desertlər hazırlanırdı. Daha sonra süd və buz qarışdırılaraq bir resept ortaya çıxdı. Sonra Qədim İsrail və Yunanıstanda təravətləndirici desertlər hazırlanmağa başlanıldı. 


Avropada dondurulmuş südün istifadəsi resepti yalnız XIV əsrdə İtaliyada ortaya çıxdı. Fransaya isə resept XVI əsrdə gəldi, lakin XVIII əsrdən başlayaraq süddən klassik dondurma hazırlanmağa başlanıldı.

"Plombir" adı da Fransadan gəlib (ilk yarandığı yerin adı: - Plombières-les-Bains). 


Eskimo dondurması isə Amerikalı Kristian Nelson tərəfindən XX əsrin əvvəllərində ABŞ-da icad edilib. 

Avstriya şirniyyatçıları  dünyaya şokoladlı dondurmanı tanıtdılar.


Bu gün çox sayda dondurma növü var. Dondurma hələ də dünyanın ən əlçatan və populyar desertlərindən biri olaraq qalır.