Bu maraqlıdır!

Uzun saçlı uzunqulaq: Puatu

Puatu və ya mamont  uzunqulağı  - ən nadir və az tanınan cinslərdən biridir. Onu başqaları ilə qarışdırmaq mümkün deyil. Bu heyvanın əsas fərqləndirici xüsusiyyəti, yerə kimi uzanan uzun və qəhvəyi saçlarıdır.


Baudet de Poitou, Fransada geniş yayılmış ən qədim uzunqulaq cinsidir. Onların burada necə məskən salması hələ dəqiq müəyyənləşdirilməyib. Belə bir fərziyyə var ki, bu heyvanlar Fransaya, Roma İmperiyasından təxminən 2000 il əvvəl gətirilib. O dövrdə Roma legionerləri bu heyvanlardan güc olaraq istifadə ediblər.


Bu cinsin nümayəndələri uzunqulaqlar arasında ən böyüyüdür. Təəccüblü deyil ki, onların başqa adı var – mamont uzunqulağı. Bəzi fərdlərin boyu əvvəllər 170 santimetrə çatırdı (bu, demək olar ki, adi atdan aşağı deyildi). İndi onlar daha kiçikdir: erkək fərdlər orta hesabla 140-150 santimetrə, dişilər isə daha az - 135-145 santimetrə çatır.


Puatu uzunqulağını uzun, qəhvəyi və ya qara rəngli xəzi ilə də tanımaq asandır. Fransızlar uzunqulağı həmçinin «cadanette» adlandırırlar. Tez-tez, saçlar dolaşaraq uzun iplərə dönüşür. Uzunqulağın yununu kəsmək adət deyil, buna görə Puatu, komandir cinsinin itlərini qismən xatırladır. Uzunqulağın saçı nə qədər uzundursa, heyvan bir o qədər dəyərlidir.


Bu heyvan öz adını Fransanın qərbindəki kiçik bir vilayətin adından, Poitiers şəhərindən alıb. Orta əsrlərdə Fransada bu heyvanlar cəmiyyətdəki yüksək mövqenin simvolu hesab edilirdi. Lakin sonradan köhnə fransız zadəganlığının azalması bu heyvanların tədricən yox olmasına səbəb oldu. 1977-ci ildə böhran baş verdi. O dövrdə bu heyvanın cəmi 44 fərdi qeydə alındı. Lakin bu böhran vəziyyətində bəzi heyvan seleksionerlərinin fəal işi sayəsində bu cins bir az canlanmağa müvəffəq oldu. 


Hazirda Puatu cinsinin təxminən  400-ə yaxın fərdi yaşayır.