Uşaq yaradıcılığı

Qonağımız Nəsrin İsayevadır

Bu gün “Uşaq Bilik Portalı” sizin üçün daha bir istedadı Nəsrin İsayevanı təqdim edir.


 
Nəsrin 2010-cu il sentyabrın 18-də Bakıda anadan olub. Bakı Avropa Liseyinin 5a3 sinif şagirdi Nəsrin hələ 1-ci sinifdən ADA-nın diplomatiya kursuna gedir. 
 

 

Hər uşaq kimi Nəsrinin də öz maraq dünyası, zövq aldığı məşğuliyyətləri var. Rəqsə, incəsənətə, ədəbiyyata böyük marağı olan qonağımız bu işləri gündəlik dərslərini axsatmadan etdiyini xüsusi vurğuladı.

 


Dəfələrlə uşaqlar üçün təşkil olunan Best model yarışlarında iştirak edib və müxtəlif yerlərin sahibi olub. Nitq qabiliyyətinə, istedadına görə diplom və sertifikatlarla təltif olunub. BAL-ın televiziyasında müxtəlif sujetlərin çəkilişində fəal iştirak edib.
 


Səyahət etməyi, gəzib-gördüyü yerlər haqqında maraqlı sujetlər hazırlamağı sevən Nəsrin gələcəkdə istedadlı aktrisa olmaq istəyir.

 

AZƏRTAC-ın “Uşaq Bilik Portalı” adından Nəsrinə uğurlar arzulayır, maraqlı söhbətə görə təşəkkür edirik.