Uşaq yaradıcılığı

Qiraətdən zövq alan Fidan Fərzəliyeva

Rubrikamızın bugünkü qonağı Fidan Fərzəliyevadır.

 

Fidan 2011-ci il dekabr ayının 14-ü Bakıda anadan olub. İncəsənət gimnaziyasının 3-cü sinfində təhsil alan Fidanın uşaqlıqdan rəsmə böyük həvəsi və bacarığı var. O, 2018-2019-cu tədris ilində dərslərində göstərdiyi nailiyyətlərə görə diplomla da  təltif olunub.

 

Çəkdiyi rəsmlərdə təbiət mövzusuna üstünlük verməyi, al-əlvan boyalarla işləməyi çox xoşlayır. 

 

Yalnız rəsmlə deyil, mütaliə ilə məşğul olmağı da çox sevən Fidanın eyni zamanda çox gözəl şeir söyləmək qabiliyyəti də var. Ədəbiyyata olan marağı onu hər gün yeni şeirlər öyrənməyə sövq edir. Ramiz Rövşənin, Bəxtiyar Vahadzadənin, Səməd Vurğunun və s. şairlərin şeirlərini əzbər bilir və sevə-sevə oxumağa davam edir.

 

Fidan gələcəkdə həkim olmaq arzusundadır. Ancaq hansı peşənin sahibi olmasından asılı olmayaraq, rəsm və mütaliəyə hər zaman davam etmək istəyir.

 

Balaca istedadımıza uğurlar arzulayır, qonağımız olduğu üçün təşəkkür edirik.