Şeirlər

İslam Səfərli. Müəllim

Müəllim. Bu adın mənası dərin.
Onun hər ürəkdə öz yeri vardır.
Odur ilhamçısı gənc nəsillərin.
Fikri,düşüncəsi bir ilk bahardır.

Müəllim.Bu ada min dastan desəm.
Nə sözüm tükənər,nə qəlbim susar.
Ona canımı da mən qurban desəm
Bir şair qəlbinin buna haqqı var


Dünyanın ən böyük dahilərini
Müəllim yetirmiş parta dalından
Onun zəhmətini,alın tərini
Dostlar unutmayaq gəlin heç zaman
Gəlin,alqış deyək,dostlar,ürəkdən.

Əsl müəllim tək yaşayanlara
Şeirimlə gül dəstə bağlayıram mən
Bu adı şərəflə daşıyanlara!