Bu maraqlıdır!

Yengəclər evi necə tapırlar

Yengəclər böyüdükcə qabıqlarının içinə sığmırlar. (Ona görə, çünki ) bu canlılar bizim kimi daima köçürlər. (Lakin, hərçənd ) hermit yengəcləri ev axtarma prosesində daha praktiki, sosial metoddan istifadə edirlər.


Tafts Universiteti İncəsənət və Elm Fakültəsində və Yeni İngiltərə Akvariumunda fəaliyyət göstərən bioloqların apardığı bir tədqiqat hermit yengəclərinin yeni, daha yaxşı ev tapmaq üçün sosial nizamla hərəkət etdiklərini üzə çıxarıb.


Tətqiqata əsasən, tədricən böyüdüklərinə görə qabıqlarına sığmayan yengəclər daha böyük ev tapmaq üçün ilbislərin tərk etdiyi qabıqlarını axtarmağa başlayırlar. Lakin hermit yengəclərinin uyğun ev tapması o qədər də asan olmur. Çünki yengəclər evlərini diqqətlə seçirlər. Üstəlik, özlərinə uyğun ev tapmadıqda müdafiəsiz qalıb düşmənlərinin hücumlarına məruz qalma ehtimalına baxmayaraq...


Ev tapmaq yengəclər üçün çox asan deyil. Çünki həmişə kifayət qədər qabıq tapılmır və bir çox yengəc açıqda qalır. Hermit yengəcləri bu problemi “sosial nizam” əmələ gətirərək həll edirlər.


Bu yeni evə əvvəlcə ən qabaqda olan ən böyük yengəc girir. Ən böyük yengəc yerləşdikdən sonra sıra ilə bütün yengəclər qabığın içinə doğru hərəkət edirlər. Beləliklə, bir qabıq bir çox yengəcin evi olur.


Tədqiqatı aparan elm adamlarına rəhbərlik edən Randi Rotcan tədqiqat zamanı hermit yengəclərinin qeyri-adi xüsusiyyətinə şahid olduğunu deyib: fədakarlıq...


Müşahidələrə əsasən, bir hermit yengəci yuva axtararkən özünə böyük olan ilbiz qabığı tapdıqda həmin qabığın içinə yerləşmir, o qabığa uyğun böyüklükdə başqa yengəc gələnə qədər gözləyir. Böyük yengəc gəldikdə yenidən böyükdən kiçiyə doğru sıra düzülür və beləliklə, heç bir haqsızlıq olmadan bütün yengəclər özlərinə uyğun yeni yuva əldə edirlər. Randi Rotcan: “Yengəclər növbəyə durmaq üçün saatlarını sərf edirlər. Lakin növbənin yuvaya yerləşməsi saniyələr çəkir. Eynilə damino daşları kimi...” - deyərək yengəclərin “sosial nizam”ını və iş birliyini izah edir.


Hermit yengəclərinin bu “sosial nizam”ı bizə mühüm həqiqəti xatırladır.