Bu maraqlıdır!

Qrifli firəngtoyuğu

Qrifli firəngtoyuğu (lat. Acryllium vulturinum) — qrifli firəngtoyuğu cinsinə aid quş növüdür.

 

Afrika qitəsinin sakini olan firəngtoyuğu həm görünüşcə, həm də yaşayış tərzinə görə unikal quş sayılır. Əsasən Efiopiya, Somali, Keniya, Tanzaniyanın yarımsəhra və savanna zonalarında geniş yayılıb. Sayı az olmasına baxmayaraq adı Qırmızı Kitaba düşməyib.

 

Bəzi bölgələrdə Qrifli firəngtoyuğuna ov etmək azaddır. Fermalarda və həyətyanı sahələrdə də yetişdirilir.

 

Firəngtoyuğu xüsusən rəngarəng lələkləri, qeyri-adi dadı olan əti, hər bir hava şəraitinə dözümlülüy və yaxşı yumurtlama xüsusiyyətlərinə görə məşhurdur.

 

Qrifli firəngtoyuğunun əti- pəhriz əti sayılır. Toyuq ətindən fərqli olaraq daha az yağlı və suludur.

 

Yumurtası hipoallerjenik maddələrdən ibarətdir. Tərkibi A, B, E vitaminləri, Dəmir, Fosfor, Kalsium və Kalium ilə zəngindir.

 

Qrifli firəngtoyuğu özünəməxsus bir görünüşə malikdir. Cins, Qrif quşlarında olduğu kimi, boyun ətrafındakı kiçik yaxası və tüksüz baş formasına görə Qrifli adlandırılıb. Həm də quşun özünəməxsus dimdiyi və baş forması var.  Yunanıstanda bu quşa “Kral quşu”, həmçinin “Artemid quşu”da deyilir.

 

Firəngtoyuğunun boyu 40 sm, bədən uzunluğu 50-70 sm, quyruğunun uzunluğu isə 24 sm-dir. Quşlar sürətli qaçmağı bacarırlar, 500 m-ə qədər uça bilirlər, qanad ölçüsü 30 sm-dir.

 

Qvineya ərazisində yayılmış Firəngtoyuğular qrupunun ən böyük nümayəndəsidir. Dişinin çəkisi 1.8 kq, erkəklər isə biraz az, 1.5 kq-a qədərdir.

 

Kiçik qruplarda yaşayırlar. Hər qrupun bir neçə "başçısı" var. Bütün quşlar otlayarkən başçı ətrafı yaxından izləyir və təhlükənin olub olmaması barədə digərlərini xəbərdar edir.

 

Qrifli firəngtoyuğu yuva qurmaz. Bunun əvəzinə yerdəki kiçik boşluqları yuva kimi istifadə edərlər. 8 aylıqlarından yumurtlamağa başlayırlar. Qabığı tünd ləkələrlə örtülü, açıq qəhvəyi rəngli yumurtaların hərəsinin çəkisi 38-43 q arası olur. Dişi firəngtoyuğu ildə 100-ə yaxın yumurta qoyur.

 

İnkubasiya müddəti 28 gündür. Bir cücə 30 qr ağırlığında dünyaya gəlir, ancaq tez bədən çəkisi yığır.

 

Firəngtoyuğular dözümlü quşlardır. 50 C istiyə, hətta -25 C-ə şaxtaya belə dözə bilirlər. Su içmədən uzun müddət yaşaya bilərlər.

 

Qrifli firəngtoyuğu 30 ilədək yaşayır.