Bu maraqlıdır!

Kiçik və Sevimli heyvan: Dormouse

Luis Kerrollun “Alisa Möcüzələr diyarında” ki məşhur Çayiçmə məclisini yəqinki xatırlayırsınız? Məhz o məclisdə, stəkanın içində, haqqında danışacağımız məxluq oturmuşdu -  Sonya (Dormouse).

 

Common Dormouse çox kiçik, sevimli və yatağan bir heyvandır.

 

Bu cazibədar məxluq qanunla qorunur: Muscardinus avellanarius növünə aid olan bu kiçik heyvanın adı Qırmızı Kitaba düşüb.

 

Heyvan, günün çox hissəsini yataraq keçirir, yalnız  gecələr aktiv olur. Məhz bu xüsusiyyətinə görə “Sonya” adlandırılıb. Beləliklə, Sonyanın həyatının yarıdan çoxu yataraq keçir.

 

Ümumiyyətlə, sonyalar iki növə bölünür – siçanabənzərlər və sincababənzərlər. Sincababənzər sonyalar daha cazibədar və sevimlidir. Bütün bədəni yumşaq və açıq narıncı rəngli xəzlə örtülüdür. O qədər kiçikdir ki,  insan ovucuna asanlıqla sığışır.

 

Sonyaların yaşayış arealı: Şimali Afrika, Avropa, Kiçik Asiya, Altay, Çin və Yaponiyanın şimal bölgələri, Skandinaviyanın şimal hissələri və Cənubi Afrikanı əhatə edir.  Müxtəlif növ meşələrdə yaşayırlar. Əsasən fındıq, söyüd, cökə, ağcaqayın ilə zəngin olan geniş yarpaqlı (xüsusilə palıd) və qarışıq meşələrə üstünlük verirlər.

 

Bədən uzunluğu 5.8-8.8 sm, quyruğunun uzunluğu 5.5-7.5 sm, ayaqları 1.5-1.85 sm, qulaqları 1.1-1.2 sm; bədən çəkisi isə 15-23 kq-dir. Bədəni hamar, başı yuvarlaq, qulaqları qısa, gözləri isə iridir.

 

20 ədəd dişi var.

 

Xəzi qısa, yumşaq və sıxdır. Bel hissəsi narıncı, sinə nahiyəsi isə ağ rəngdədir.

 

Sonyalar aşağı temperaturu xoşlamırlar, əgər birdən havanın hərarəti 17 dərəcəyə qədər aşağı düşsə və soyuma baş verərsə, sonyalar bir neçə gün qış yuxusuna gedə bilərlər.

 

Yuxuda olan zaman heyvanı ovucunuza alsaz belə oyanmayacaq!

 

Sonyalar xomyaklar  kimi evdə asanlıqla saxlanıla bilən cəlbedici və mehriban məxluqlardır.

 

Təbiətdə 2-3 il, ev şəraitində isə, daha uzun, 7-8 il yaşaya bilərlər.