Xəbərlər

2 iyul - İdman Jurnalistikası Günüdür

Hər il iyulun 2-si İdman Jurnalistikası Günü kimi qeyd edilir.

 

1924-cü il iyulun 2-də Paris Yay Olimpiya Oyunları zamanı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) təsis olunub və 29 milli assosiasiyanın iştirakı ilə qurumun ilk konqresi keçirilib. Hazırda AIPS-in 4 kontinental qurumunda (AIPS-Asiya, AIPS-Amerika, AIPS-Avropa və AIPS-Afrika) 130-dan çox dövlətin milli idman mediası birləşib.

 

İdman Jurnalistikası Günündə AIPS və idman jurnalistlərinin milli assosiasiyaları təntənəli yığıncaqlar keçirir, idman sahəsində kütləvi informasiya vasitələrinin ən yaxşı nümayəndələrinə mükafatlar təqdim edilir.

 

Qeyd edək ki, AIPS-nin 77-ci konqresi 2014-cü ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.