Təbiət

Dolophones conifera hörümçəyi

Təbiətdə çox yaxşı gizlənməyi bacaran bir çox heyvan var. Bunlardan biri də Dolophones conifera hörümçəyidir.

 

Araneidae ailəsinə aid olan bu hörümçək Qərbi Avstraliyada yaşayır.

 

Dolophones conifera hörümçəyinin qeyri-adiliyi ondadır ki, hörümçək ağac gövdəsinə və budaqlarına elə sarılır ki, onu ağacdan ayırd etmək mümkün olmur.

 

Axşamlar Dolophones conifera öz torunda vaxt keçirir. Gün ərzində isə ağacın budaqları və ya gövdələri altında xarakterik bir şəkildə maskalanaraq gizlənir. Yerdə hərəkət etməyi də bacarır.

 

Yetkin dişi hörümçək təxminən 8 mm uzunluqdadır, erkəyi isə bir qədər kiçikdir, ümumiyyətlə 4-5 mm-dir.

 

Hörümçəyin alt hissəsi yastıdır, bu da gündüz quşlardan, arılardan və digər yırtıcılardan qorunmaq məqsədi ilə kiçik budaqların ətrafına sarılmağa imkan verir. Gecələr isə ağaclar arasında iri tor hörürlər.