Bu maraqlıdır!

Çay samuru haqqında maraqlı faktlar

Çay samuru — Dələlər fəsiləsinə aid heyvan növüdür. Bəzi adalar, Avstraliya və Antarktidanı çıxmaq şərtilə, demək olar ki, dünyanın hər bir yerində bu heyvana rast gəlmək mümkündür. Azərbaycanda ən sıx yayıldığı ərazilər Lənkəran Təbii Vilayəti və Qanıx (Alazan) çayı vadisidir. Böyük və Kiçik Qafqazın ətəklərində, Kür və Araz çayları boyunca da rast gəlinir.

 

Çay samuru vəhşi təbiətdə sağ qalmaq üçün bir çox bacarıq və qabiliyyətə sahib çox ağıllı bir heyvandır. Yaşamaq üçün heyvan çox şey öyrənməli və bəzən böyük məsafələri qət etməlidir. Bədən xüsusiyyətləri – çay samuruna sağ qalmasına kömək edən əsas silahlardan biridir. Bu məqalədə Çay samuru haqqında bu və digər maraqlı faktları öyrənəcəksiniz.

 

1. Təhlükə olduqda yırtıcıda mərhəmət hissi oyatmaq üçün, çay samuru balasını ona görsədir.

 

2. Su ətrafında yaşayan heyvandır. Əsas yaşayış yerləri – orta dağ çayları, insanların az rast gəldiyi və balıq resursları zəngin olan yerlərdir. Təmiz, şəffaf və iti axınlı çaylar, sıx otluqla örtülmüş hissələr, çətin gedilə bilən sahillər, kifayət qədər qida bazası və gizli yerləri olan göllər və ya limanlara  üstünlük verir.

 

3. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır. Qarın hissəsində olan xəzin rəngi bel hissəsindən bir qədər açıqdır.

 

4. 2 dəqiqə su altında qala bilər.

 

5. Qışda, qida çatışmazlığı səbəbindən, Çay samuru tez-tez köç edir. Qar və buz səthi üzərindən gündə 15-dən 20 km-ə qədər yol qəth edir.

 

6. Ən böyük nümayəndəsi Braziliya çay samurudur,  bəzən Nəhəng samur da adlanır.

 

7. 2000-ci ildən bəri, İUCN siyahısına salınmışdır. Biotoplarını əhatə edən bütün qoruqlar və eləcə də yasaqlıqlarda mühafizə olunur.

 

8. Çay samuru həm gündüz, həm də gecələr fəaldır.

 

9. Quruda saatda 30 km sürətlə qaça bilər.

 

10. Həm quruda, həm də su altında yaxşı görür.

 

11. Çay samurunun bədənində 800 milyon tük böyüyür.

 

12. Beli üstündə uzanaraq üzə bilər.

 

13. Yenidoğulmuş körpələr doğuşdan cəmi 30-35 gün sonra görməyə başlayır.

 

14. Burun və qulaq dəlikləri anadangəlmə xüsusi bir mexanizmlə təchiz edilmişdir,  onlar suyun altında olarkən bağlanır.

 

15. Qida mənbələrinə - balıqlar,  qurbağalar, su-bataqlıq quşlarının və çay ördəklərinin balaları, su siçovulu, həşərat və böcəklərin sürfələri, şirinsu xərçəngləri və molyuskalar daxildir.

 

16. Ən çox cütləşmə dövrü fevral - aprel aylarında baş verir. Yetkinlik dövrü 3 yaşına təsadüf edir.

 

17. Yenotlar çay samurlarının əsas düşmənidir.