Bu maraqlıdır!

Susüpürən İnka

Susüpürən İnka (lat.Larosterna inca) - Cənubi Amerikanın Sakit okean sahillərində yaşayan quş növüdür. Perudan Şimali Çiliyə qədər uzanan ərazilərdə su ətrafı qayalıqlarda yuva qururlar.

 

Xarici görünüşünə görə, susüpürən İnka çox xoşagələn bir quşdur. Gövdəsi və başı boz rəngdədir, qanadlarının kənarı - ağ, dimdiyi və  ayaqları isə parlaq qırmızıdır. Ən gözəçarpan bədən üzvü - ağ lələklərdən ibarət olan, parlaq qırmızı dimdiyin altından başlayan və gözlər altından keçən irəli əyilmiş - ağ bığıdır. Bığın uzunluğu 5 sm-ə qədər ola bilər.

 

Susüpürən İnkanın ölçüsü 39 - 42 sm arasındadır və təxminən 190 qram ağırlığındadır.

 

İnka qeyri-adi bir səsə sahibdir, səsi pişiyin miyoldamasına bənzəyir. Qrup şəklində yaşayırlar.

 

Susüpürən İnka Sakit okean sahili boyunca kiçik mağaralarda yuva qurur və ya digər dəniz quşlarının boş qalan yuvalarını tutur. İnkubasiya müddəti dörd həftədir.

 

Yuva qurma yerlərinin itirilməsi, həmçinin qlobal istiləşmə və okeanın çirklənməsi səbəbindən inka quşunun populyasiyasının ciddi azalması baş verir. Hal-hazırda ümumi sayı təxminən 150 mindir.

 

Buna görə 2004-cü ildən bəri Təbiəti Qoruma üzrə Beynəlxalq Birliyi  quşa "nəsli kəsilməkdə olan növlərə yaxın" statusunu verib.