Bu maraqlıdır!

Nyu Meksiko mağarasının içərisində insan əli dəyməmiş təbii hovuz aşkar edildi

Bir müddət əvvəl tədqiqatçılar qrupu ABŞ-ın Nyu Meksiko şəhərində yerləşən Karlsbad Mağaraları Milli Parkının, Lechuguilla Mağarasında indiyə qədər insan əli dəyməmiş bir hovuz tapıblar.

 

Milli Park Facebook səhifəsində bu heyrətləndirici kəşf və görüntünü əks etdirən bir yazı paylaşıb. Yazıda deyilir ki, kəşfiyyatçılar 1993-cü ildə kəşf edilmiş Maye Səma Gölü kimi tanınan su gölünün ətrafına yaxınlaşanda "tamamilə təmiz" görünən mağara hovuzu onların diqqətini çəkib. Bu göl illərlə insanlar tərəfindən tamamilə əlçatmaz olaraq qalıb.

 

Paylaşımda həmçinin hovuzun altındakı kənarların hovuz barmaqları kimi göründüyü və bunların insan iştirakı olmadan inkişaf etmiş bakteriya koloniyaları ola biləcəyi deyilir.