Xəbərlər

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Avqustun 18-dən dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilir.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.

 

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.