Bu maraqlıdır!

Dünyanın ən yaşlı ağacları

1. Old Tjikko. 9550 yaşı olan bu yaşlı ağac İsveçdəki Fulufjallet dağındadır. Bu, dünyanın ən yaşlı ağacıdır.  


2. Jomon Sugi. Yaponiyada Yakuşima adasının ən yüksək dağının şimal ətəyində bitən bu yapon sidrinin uzunluğu 24 metr, diametri isə 6 metrdir. Ağac halqalarının üzərində aparılan müşahidələr onun 7000 il yaşı olduğunu söyləməyə əsas verir.


3. Methuselah. 4841 yaşında olan və ABŞ-ın Kaliforniya ştatında bitən bu ağac dünyadakı  ən yaşlı üçüncü ağacdır. 1964-cü ildə araşdırmaçılar tərəfindən bir çox budağı kəsilsə də, hazırda ekoloqlar tərəfindən göz bəbəyi kimi qorunur.


4. Əbərkuh sidri. İranın Əbərkuh şəhərində bitən Əbərkuh sidrinin təqribən 4000 il yaşı var. Sidr növündən olan bu ağacın uzunluğu 82 metr, eni isə 59 metrdir. Bu ağac İranın milli simvollarından biri kimi qəbul edilir.


5. Llangerniv Yu. Dünyanın ən yaşlı porsuq ağacı ünvanını əlində saxlayan Llangerniv Yu, 4000 ildir hələ də həyatdadır. Avstraliyanın Cənubi Galler ştatındakı bir qəbiristanlıqda bitən yaşlı ağac, bürünc çağından qalıb.

 


6. Alerse ağacı. 1993-cü ildə And dağlarının ətəyində aşkar edilən bu nəhəng ağacın hündürlüyü 45 metrə çatır. Diametri 3 metrdən çox olan bitkinin gövdəsi hər il cəmi bir mm genişlənir. Yarpaqlarını tökməyən bu nəhəng ağacın yaşı 3500 ildir.


7. Senator. Floridada yerləşən tropik “Big Tree” parkında palmalarla birlikdə həcmi 5100 kub metr olan nəhəng bataqlıq sərvi yetişir. Bu ağac Amerikadakı ən böyük bataqlıq sərvidir. 37 metr hündürlüyü olan ağacın yaşı 3200 ildir. Çox təəssüf ki, 2012-ci ilin martında 26 yaşlı bir şəxs tərəfindən yandırılaraq məhv edilib.


8. Patriarca de Floresta. Atlantik meşəsinin ən yaşlı sakini olan bu heybətli ağacın növü kitablarda Lecythidaceae olaraq qeyd olunur. Madaqaskardan Cənub Afrika meşələrinə qədər bir çox qohumu olan Patriarca de Floresta üçün ad günü tortu bişirilsəydi, üstünə 3000 ədəd şama qoyulardı. 1997-ci ildə baş verən fırtına nəticəsində aşıb. 


9. Giritin antik zeytun ağacları. Yunanıstanın Girit adasında bitən və yaşları 2-3 min il arasında olduğu bildirilən zeytun ağacının tam yaşı bu günə kimi müəyyənləşdirilməyib.


10. Yaşlı fındıq ağacı. Siciliyadakı Etna dağının ətəklərində bitən fındıq ağacının bir başqa adı da «100 atın ağacı»dır. Yolunuz İtaliyaya düşsə, San D'Alfio'da Linguaglossa yolu üzərində olan bu 2500 illik fındıq ağacına salam vermədən keçməyin.


11.General Şerman. Uzunluğu 82 metr olan bu sekvoya ağacı təxminən 27 mərtəbəli bina boydadır. Gövdəsinin diametri isə 30 metrdən çoxdur. Kaliforniyadakı Sekvoya Milli Parkında olan bu ağacın 2300-2700 il yaşı var. Ağacın odunundan 5 milyard kibrit hazırlamaq mümkündür. Yarpaqları göyümtül-yaşıl rəngdədir. Qızılı-qəhvəyi rəngdə olan qabığının bəzi hissələri 61 sm qalınlığındadır. Ağacın ağırlığı isə 2030 tondur.