Bu maraqlıdır!

Volfqanq fon Kempelenin “Türk - şahmat avtomatı”

1770-ci ildə macar ixtiraçı Volfqanq fon Kempelen şahmat avtomatı icad etdi. Avtomat insan boyunda türk oyunçusunun fiqurundan və onu “işə salan” qəliz mexanizmdən- bir metr yüksəklikdəki taxta qutudan ibarət idi. Avtomatı türkün mexaniki əl fiqurları hərəkət etdirirdi.


XVIII-XIX əsrlərdə bu avtomat, o zamankı şahmat ustalarını məğlub edərək Avropa və Amerikaya bir neçə dəfə zəfər turları etdi. Deyilənlərə görə, bu avtomat hətta Napoleon Bonapart və Benjamin Franklinə də qalib gəlmişdi.


Kempelenin ölümündən sonra avtomatın növbəti sahibi Avstriyalı mexanik Melzel oldu. Melzel hətta mexanizmi Amerikaya apardı, burada Edqar Allan Po şahmat aparatına heyran oldu və onun barədə məqalə yazdı. Melzelin ölümündən sonra isə avtomatın sahibi Mitçel oldu.


Lakin bir neçə ildən sonra, avtomatın kələk olduğu məlum oldu. Avtomatın içərisində həqiqi şahmatçı otururmuş. Mexanizmləri tamaşaçılara hər dəfə nümayiş etdirəndə isə şahmatçı gizlənirmiş.


Avtomatın sirri aşkar ediləndən sonra Mitçel maşını Filadelfiyadakı Çin muzeyinə satdı, ona olan maraq sürətlə azaldı. 5 iyul 1854-cü ildə 85 yaşlı "şahmatçı" alov zamanı yandı.


2004-cü ilin aprel ayında Paderborddakı Haynz Nixdorf Muzeyi Kempelenin ölümündən 200 il sonra "Mexanik Türk"ün nüsxəsini hazırladı.