Bu maraqlıdır!

Braziliyalı buynuzlu qurbağa

Braziliyalı buynuzlu qurbağa (lat. Ceratophrys aurita ) - Cənubi Amerikada Amazon tropik meşələrində yaşayır. Ceratophrys aurita digər amfibiyalarla müqayisədə fərqli bir görünüşə sahibdir. Gözlərinin üstündə kiçik, buynuzu xatırladan, çıxıntılar var. Başı və ağzı böyükdür.

 


Uzun müddət qurbağanın həyat tərzi haqqında heç nə məlum deyildi, ev şəraitində böyüdülməyə başladıqdan sonra barəsində çox maraqlı şeylər öyrənildi.

 


Bu oturaq heyvan nəm yerlərdə yerləşməyə üstünlük verir. Gündüzlər meşə qatında gizlənir və yalnız gecə hərəkət edir.

 


Qurbağa böyük ölçülərdə böyüyə bilər və uzunluğu 20-25 santimetrə çata bilər. Çox aqressiv bir heyvandır. Yerlilər ayaqlarını güclü dişləmələrdən qorumaq üçün yüksək boğazlı dəri çəkmələr geyinirlər. Təhlükəli olmasına baxmayaraq, bəzi insanlar bu qurbağaları ev heyvanı kimi də saxlayırlar.

 


Qurbağanın qida rasionunu çox sayda heyvan: qurdlar, böcəklər, siçanlar, kiçik quşlar, kərtənkələ, hətta ilanlar təşkil edir Braziliyalı buynuzlu qurbağanın yemək qəbul etməsi prosesini izləmək maraqlıdır, çünki bu qurbağa yeməyini gözlərinin köməyi ilə ağzına itələyir.

 

Bu belə baş verir: göz qapaqları aşağı düşür, yeməyi basır və gözlərinin üstü aşağı əyilmiş buynuzlarla örtülür. Heyvan bir müddət oturub gözlərini yumur, sanki bir şey düşünür. Sonra bir və ya iki udma hərəkəti edərək yeməyini yeyir.