Bu maraqlıdır!

Sıçrayan hörümçək: Simeta

Sıçrayan hörümçək - Simeta (Simaetha) Tailandın Saraburi əyalətində tapılıb. Onun təxminən dörd mm boyu var. Kiçik ölçülü olmasına baxmayaraq mükəmməl rəngləri ilə insanı heyran qoyur.

 

Hörümçəyin bu növünün bütün nümayəndələri sanki qızıl naxışlı bir paltar geyirlər. Onların ayaqlarının uzunluğu da dəyişir.

 

Müxtəlif rənglərdə - boz, qara, qəhvəyi tonlarda olurlar. Bu hörümçəklər tez-tez parıldayır, mürəkkəb və gözqamaşdırıcı bir naxışa malikdirlər. Vücudu sanki bəzənib, parlaq ləkələrlə örtülüb. 

 

Sıçrayan hörümçəklərin xüsusiyyəti, şəbəkə qurub gözləmək yerinə ovunu sıçrayaraq tutmasıdır. Bu hörümçəklərin mexanizmləri o qədər mükəmməldir ki, yarım metr uzağından uçan bir böcəyi sıçrayaraq havada tuta bilər. Hörümçək, çaşdırıcı sıçrayışını, hidravlik təzyiq prinsiplərinə görə işləyən səkkiz qıçı sayəsində edər. Bu heyrətamiz xüsusiyyətə tarixin ilk günündən bəri var olan bütün sıçrayan hörümçəklər malikdir. Heç biri bu xüsusiyyəti mərhələ mərhələ qazanmamış, hamısı bu xüsusilə birlikdə yaradılmışdır.