Bu maraqlıdır!

Ağıllı və yırtıcı tutuquşu: Kea

Tutuquşu Kea — dünyanın ən ağıllı və hiyləgər quşu hesab olunur. Yeni Zelandiyada yaşayan bu inanılmaz tutuquşular ağıl baxımından delfinlər və qarğalarla rəqabət edə bilər. Aparılan müşahidə və təcrübələr göstərir ki, tutuquşu Kea ağıllı, yırtıcı və qüclü quşdur. Əlvan rəngləri, insan danışığını təkrarlaya bilmə qabiliyyəti və maraqlı  davranışları lap qədim zamanlardan tutuquşuları insanların ən sevimli heyvanları siyahısına daxil edib. Bu quşlar ünsiyyətcildirlər, təkliyi sevmirlər və insan yanında özlərini rahat hiss edirlər. Hazırda tutuquşuların 300 növü məlumdur.

 

Əsasən Yeni Zelandiya, onun cənubundakı adalarda, Avstraliya, Alp dağları, habelə bir sıra şəhər və qəsəbələrdə yaşayır.

 

Kea 1 kq ağırlığında böyük quşdur. “K-e-a” səsini çıxardığına görə bu cür adlandırılıb.

 

Kea tutuquşuları dağların zirvəsində yuva qururlar. Bu növ tutuquşu 1500 metr hündürlükdə özünü rahat hiss edir və qarın çoxluğu onları heç də narahat etmir. Qar hamamı götürürlər və buzlu çaylarda oynayırlar.

 

Kea kifayət qədər müxtəlif bir qida rasionuna malikdir: bitkilərin meyvələri və kiçik heyvanlarla qidalanırlar. Bu quşların qoyunlara hücum etdiyi də görülmüşdür. Bir qrup alim, Keanın bir qoyun sürüsünə necə hücum etdiyini kameraya çəkməyi bacarmışlar. Bu davranışın səbəbləri tam olaraq anlaşılmamışdır. Bunun üçün o, hiyləgər taktikadan istifadə edir: qurbanının yanında əyləşir, sonra isə birdən onun kürəyinə cumaraq dəri altı piyindən qoparır. Beləliklə qoyun möhkəm yaralanır. Heyvan onu cəld hərəkətlə tullasa da, quş fəaliyyətini dayandırmır. Hadisənin finalı qoyun üçün faciəli bitir: Heyvan kürəyindəki «süvari» ilə ölənə qədər qaçır. O, hətta hansı yolla isə quşdan qurtulsa belə, aldığı yaralardan həlak olur. Bəzən isə qaçarkən qayadan uçur. Bu zaman kea dəstəsi cəmdəyin üstünə hücum çəkir.

 

İnsanlara öyrəşən və hər şeylə maraqlanan bu quşlar yemək axtararkən maşınlara, onların tentlərinə, kabinəsinə ciddi ziyan vurur. Oynamağı xoşlayılar, qarda, yaxud da buzu təzə əriyən otlarda  dombalaq aşmaqla əylənirlər.

 

İnandırıcı olmasa da, bu quşlar qapaqları oyma üsulu ilə bağlanan qabların xüsusi qapaqlarını da aça bilər. Dimdiyi ilə qapağı burub açan tutuquşu sonra örtüyü qaldıraraq qabın içindəki qidanı götürür.

 

Maun Kuk Milli Parkında bu quşlarla bağlı araşdırma aparan ekspertlər onun sevdiyi kərə yağını dairəvi qabın içinə sürtərək onu uzun plastik silindrin içinə keçirirlər. Hiyləgər quşlar əvvəlcə onu dimdikləri ilə silindrin içindən çıxarır, sonra açaraq yağı yeyirlər. Bütün bunları kənardan izləyən gənc tutuquşular izə özlərindən “böyük”lərin qidanı ələ keçirmək qaydasını izləyib öyrənirlər.

 

Bu tutuquşuların cütləşmə müddəti çox uzun çəkir və iyul ayından gələcək ilin yanvar ayına qədər davam edir. Kea tutuquları dağlarda, qayalıq yarıqların ortasında gələcək nəsillər üçün etibarlı yuvalar quran çox qayğıkeş valideynlər kimi göstərirlər. Dişi cücələri inkubasiya edərkən, erkək onları bəsləməyə başlayır.

 

Bala tutuquşular yumurtadan çıxdıqdan sonra da, ana və ata tutuquşular onları təxminən 2 ay tərk etmirlər.