Xəbərlər

Bu gün Dünya Dəniz Günüdür

BMT-nin və Dövlətlərarası Dəniz Məşvərəti Təşkilatı Assambleyasının 10-cu sessiyasının qərarı ilə 1978-ci ildən başlayaraq hər il sentyabr ayının sonuncu həftəsində Beynəlxalq Dəniz Günü qeyd olunur. Məqsəd su hövzələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və neft hasilatı nəticəsində çirklənmiş sulardan istifadənin qarşısını vaxtında almaq, bütün dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin, onun bioresurslarının qorunması problemlərinə yönəltməkdir.

 

Tədbirlər sentyabrın sonunadək davam etdirilir. Ekoloji təqvimə salınmış Beynəlxalq Dəniz Gününün davam etdiyi müddətdə bütün dünya ictimaiyyətinə su hövzələrinin zənginliyi barədə məlumat verilir, planetin hər bir sakininə bu resursların qorunmasının vacibliyi təbliğ edilir.

 

Qeyd edək ki, Yer kürəsinin 70 faizi su ilə örtülmüşdür. Planetimizdəki biokütlənin isə 90 faizi su hövzələrinin payına düşür.