Bu maraqlıdır!

İqnobel mükafatı

İqnobel mükafatı və ya Anti-nobel mükafatı (ing. IgNobel Prize) – nüfuzlu beynəlxalq mükafat olan Nobel mükafatına parodiyadır.

 

Hər il oktyabrın əvvəlində 10 İqnobel Mükafatı əsl Nobel mükafatının laureatları elan edilməmişdən əvvəl elan edilir. Mükafat “güldürən, sonra isə düşünməyə məcur edən” nailiyyətlərə görə verilir. Mükafatın adı ingiliscə “ignoble” yəni "utanc verici" sözündən əmələ gəlib. 1991-ci ildə Mark Abrahams və "Qeyr-iadi tədqiqatlar annalı" adlı yumoristik jurnalı tərəfindən təsis edilib.

 

1999-cu ildən bəri, İqnobel Mükafatı çərçivəsində 10 mükafat verilir. Əvvəllər (1991-ci ildən) onların sayı dörddən on birə qədər dəyişirdi. Komitə fizika, kimya, tibb, ədəbiyyat, iqtisadiyyat və psixologiya kimi daha klassik nominasiyalara digər kateqoriyaları da əlavə etdi. İllər ərzində əlavə nominasiyalar arasına - dietika, arxeologiya, biologiya, hidrodinamika, kənd təsərrüfatı, səhiyyə, psixologiya, texnologiya, gigiyena, astrofizika, informasiya texnologiyaları, ətraf mühitin qorunması, sosiologiya, təhsil, meteorologiya, sənət, istehlak malları və s. əlavə olundu.

 

İqnobel mükafatının ilk qalibləri Robert Klark Graham (biologiya üzrə), Erix von Daniken (ədəbiyyat sahəsində) və Alan Kligermandır (tibb sahəsində). Təhsil sahəsində mükafatı ABŞ-ın keçmiş vitse-prezidenti Den Kueyl almışdır.

 

Kimya sahəsində isə "Nature" jurnalının müxbiri Jak Benvenist "Su ağıllı bir mayedir və yaddaşı var" məqaləsinə görə İqnobel mükafat aldı.