Bu maraqlıdır!

“Kinder-Sürpriz” şokoladı haqqında bilmədiklərimiz

“Kinder-Sürpriz” Turin şəhərində Pietro Ferrero ailəsi tərəfindən yaradılıb. Belə ki, ilk “sürprizlər”in içində bal və ləpə olub. Müharibədən sonrakı dövrdə onlar uğur qazanırlar və şəhər meriyası bu istehsalata maraq göstərir. Bu, sözügedən şirniyyatın və un məmulatları istehsalı ilə məşğul olan Ferrero ailəsinin nüfuzunun başlanğıcı olur.

 

1946-cı ildə Pietro, sonralar Ferrero qənnadı fabrikinə çevrilən laboratoriya yaradır. Məşhur “Kinder-Sürpriz” ideyası isə oğlu Mişelə məxsus olur. Uşaq vaxtı süd sevməyən Mişel 20 il, yarısı süddən olan xoş dada və qoxuya malik bir məhsul yaratmaq arzusu ilə yaşayıb. Amma həmin gənc bunu sadəcə arzu etməyib,  belə bir təam hazırlamağı qarşısına qəti məqsəd qoyub. 1974-cü ildə hamımıza tanış görünüşə malik “Kinder-Sürpriz” meydana gəlir. Onun konsepsiyası o zamandan bəri hələ də dəyişməyib. 

 

“Sürprizlər”in ilk partiyası bir saat içində satılıb. Onu nəinki uşaqlar, hətta onların valideynləri də gözləyirdilər. Mişel qətiyyətli biri olmaqla yanaşı, həm də çox kreativ və yaradıcı idi. Ona görə də kinder-şokoladı sürpriz oyuncaqlar seriyası ilə tamamlamaq qərarına gəlir. Onun ideyasını dizayner Henry Rotu reallaşdırır. İllər sonra Ferrero yeni uşaq konfetləri seriyasını hazırlayır: isti ölkələr üçün – Kinder Joy, tərkibində südün miqdarı çox olan Kinder MaxiKing və Kinder Pingui konfetləri.