Xəbərlər

Respublika Uşaq Kitabxanası “Zəfər sənindir, Azərbaycan əsgəri” adlı aksiya keçirir

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı əsgərə məktub yazmaq aksiyası keçirir.


AZƏRTAC xəbər verir ki, aksiyanın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməklə onlarda məktub yazmaq vərdişi aşılamaqdır.


Aksiyada 6-16 yaşarası uşaq və yeniyetmələr iştirak edə bilər.


Qeyd edək ki, oxucular tərəfindən göndərilən məktublar kitabxananın saytında yerləşdirilməklə yanaşı hərbi hissə və hospitallara göndəriləcək.


Aksiyada iştirak etmək istəyən oxucular məktubları Respublika Uşaq Kitabxanasının [email protected] [email protected] [email protected] poçt ünvanlarına göndərməlidir.