Bu maraqlıdır!

Lorenzo Kuinnin “DƏSTƏK" adlı heykəli

XXI əsrin əsas problemlərindən biri olaraq iqlim dəyişikliyi göstərilir. Bir tərəfdən alimlər və universitetlər bu məsələyə alternativ həll yolları yaradaraq qarşısını almağa çalışır, digər tərəfdən isə sənətkarlar, ictimai fiqurlar cəmiyyəti məlumatlandırmaq üçün kampaniyalar keçirir.


Bu kritik ətraf mühit məsələsi, İtalyan heykəltəraş Lorenzo Kuinnin heykəli olan “Dəstək"də açıq şəkildə göstərilib.


Bildiyiniz kimi, Venesiya yüz illərdir İtaliya və Avropada mədəniyyətin, incəsənət adamlarının toplaşdığı şəhərlərdən biridir. Şəhər kanallar üzərində inşa olunduğu üçün dəniz suyunun yüksəlməsindən ən çox təsirlənən Avropa şəhəridir. Hətta bəzi alimlər daha da bədbin yanaşaraq Venesiyanın növbəti 100 ildə sular altında qalacağına inanır.


Lorenzo Kuinn-nin hazırladığı “nəhəng əllər” Venesiya kanalından yüksələrək tarixi Ca’ Sagredo otelini saxlamağa çalışır. Kuinn-nin məqsədi insanların gec olmadan bu problemə daha çox diqqət göstərməsidir.