Təbiət

Ölümcül zəhərli Abrus bitkisi

Abrus bitkisi (abrus precatorius) - sürətlə böyüyən, ağacların və kolların ətrafında dolanan incə və uzun ömürlü bir sarmaşıqdır. Dünyadakı ən zəhərli bitkilərdən biridir. Hər yerdə yetişəbilən bu bitkinin vətəni Hindistandır.

 

Muncuq olaraq istifadə olunan parlaq qırmızı və qara rəngli toxumları vard Bitkinin sahib olduğu zəhər, digər zəhərli bitkilərdə olan zəhərə nisbətən 75 qat daha güclüdür. Toxumların tərkibində Abrin olduğu üçün zəhərlidir. Toxumları muncuq olaraq istifadə etmək belə olduqca təhlükəlidir.

 

Bu bitki demək olar ki bütün tropiklərə xasdır; dünyanın tropik və subtropik iqlimi olan bölgələrində - Afrikada, Cənubi Amerikada, Florida, Havay adalarında belə bitir.

 

Abrus Çin təbabətində və digər ölkələrdə ənənəvi tibbdə istifadə edilib. Antiseptik, antibakterial, antifunqal, sidikqovucu, sedativ xüsusiyyətlərə malikdir. Göz xəstəlikləri, qızdırma, soyuqdəymə, oynaq ağrıları, dəri infeksiyaları, xoralar, şişlərin müalicəsində istifadə olunur. Saç böyüməsi, ağartma və bit əleyhinə ənənəvi vasitədir.

 

Toxumlara əlavə olaraq, abrus bitkisinin yarpaqları və kökləri də dərman məqsədləri üçün istifadə olunur.