Təbiət

Timsah kərtənkələ: Abronia

Meksikada  "mavi əjdaha"  adlandırılan bu canlı nəsli kəsilməkdə olan kərtənkələ növüdür.

 

Abroniya kərtənkələləri olduqca yavaş, lakin qorxduqları təqdirdə çox sürətlə hərəkət edə bilən sürünənlərdir. 


Vətəni - Meksikanın Puebla şəhəri və Verakrus ştatıdır. Kiçik böcəklərlə qidalanır. Əksəriyyətinin rəngi yaşıl olmasına baxmayaraq, təbii yaşayış yerində firuzəyi rəngdə kərtənkələyə də rast gəlmək mümkündür. Heyrətamiz rənginə görə bu  kərtənkələ növü ev heyvanı kimi də çox populyardır, buna görə də qara bazarda qiyməti olduqca yüksəkdir.


Bundan əlavə, bu sürünənləri təhlükəli və zəhərli sayaraq öldürənlər belə var, əslində isə bu növ insanlar üçün təhlükə yaratmır.


2007-ci ilin mart ayında Beynəlxalq Təbiəti Qoruma Birliyi Abronia kərtənkələsini Qırmızı kitabın siyahısına əlavə edib, bu səbəbdən səlahiyyətlilər bu Meksika sürünəninin satışının və ya öldürülməsinin qarşısını almaq üçün səylərini iki qat artırıblar.