Xəbərlər

Şimal Torpağı

Şimal Torpağı (1926-cı ilə qədər — İmperator II Nikolay Torpağı) —Şimal Buzlu okeanın mərkəzində yerləşən arxipelaqdır. İnzibati cəhətdən Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisinə daxildir. Arxipelaqın sahəsi - 37,000 km²-dir. Yaşayış yoxdur. Arxipelaqı materikdən Vilkiç boğazı ayırır. Boğazın uzunluğu 130 km təşkil edir.


Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir.


Arxipelaq ilk dəfə 4 sentyabr 1913-cü ildə Şimal Buzlu okeana təşkil olunan ekspedisiya zamanı aşkarlanmışdır. İlk əvvəl ekspedisiya üzvləri tərəfindən «Tayvay» adlandırılır. Bu ekspedisiyaya daxil olan «Taymır» və «Vayqaç» buzqıran gəmilərinin şərəfinə adlandırılır. Adaya rəsmi adı isə Rusiya dəniz nazirinin qərarı ilə «İmperator II Nikolay Torpağı» adlandırılır. Bu adı verilməsində müxtəlif fikirlər vardır. İl əvvəl elə düşünülürdü ki, arxipelaq bir adadan ibarətdir.


11 yanvar 1926-ci ildə SSRİ hökuməti tərəfindən verilən sənədə əsasən adalar "İmperator II Nikolay Torpağı" adı "Şimal Torpağı" olaraq dəyişdirilir. 


Arxipelaqa daxil olan Malıy Taymır və Starodomski adaları adlandırılır. Sonradan 1931—1933 illərdə aparılan son ekspedisiya zamanı arxipelaqa daxil olan adalar sovet adları ilə adlandırılır: Pioner, Komsomoleç, Bolşevik, Oktyabr İnqilabı, Şmitd. 1 dekabr 2006-ci ildə Taymır muxtar diyarının mərkəzi orqanı tərəfindən Şimal Torpağı arxipelaqının əvvəlki adların bərpası haqqında qərar qəbul edilir. Şimal Torpağı-İmorator II Nikolay Torpağı, Malıy Taymır-Aliksey Sesareviç, Oktyabr İnqilabı Müqəddəs Aleksandr, Bolşevik adası-Müqəddəs Olqa, Komsomoles adası-Müqəddəs Marii, Pioner adası -Müqəddəs Tatyana və Domaşnıy adası-Müqəddəs-Anastasiya.


Bir müddət sonra Krasnoyarsk diyarı ilə Taymır muxtar dairəsinin birləşməsindən sonra diyarın qanunverici orqanı bu layihəni qəbul etmədilər.


47 % (17,5 min km²) ərazisi buzla örtülüdür. 14 % ərazidə xüsusi ilə sahil xətti buzlaqlarla əhatələnib. Bu buzlaqların hündürlüyü 30 metri keçir. Bütün arxipelaqda cəmi 20 iri buzlaq vardır. Arxipelaqın ən hündür nöqtəsi Oktyabr İnqilabı adasında 965 m, Bolşevik adasında 935 m, Komsomoles adasında 781 m, Pioner adasında 382 m vı Şmidt adasında 315 m təşkil edir. Aysberqləri elədə böyük olmasada 1953-ci ildə uzunluğu 12 km, eni 4 km aysberq aşkarlanmışdır.


Arxipelaqda geniş göl və çay şəbəkəsi vardır. Burada doqquz çayın uzunluğu 20 km keçir. Ozernaya 64 km, Uşakov isə 58 km uzunluğuna malikdir (Komsomoles). Bolşevik adasında isə Tora çayı 50 km, Skalistıy çayı 45 km təşkil edir. Çayların dərinliyi 1 metr olur. Sentyabrdan iyul ayına qədər çaylar buzla örtülü olur.


Göllərinin çoxu 3 km² ərazidən böyük olmur. Bolşevik adasında isə Spartakov gölü 60 km²-dir.


İqlimi arktikdir. Orta illik temperaturu −14 °C. Ən aşağı temperatur −47 °S təşkil etmişdir. Güçlü küləklərin güçü 40 m/s olmuşdur. Yayda temperaturu +6,2 °S, orta temperatur yanvarda −28 dən −30 °S, iyulda isə 0 dən 2 °S. İl ərzində 200–500 mm yağıntı düşür. 15 dərinlikdə çox illik qrunt buzlağı yerləşir.


İlin böyük qismi buzla örtülü olan adalarda bitki örtüyü zəif inkişaf etmişdir. Bolşevik adasında ərazinin cəmi 10 % tundradır. Bitki örtüyü seyrəkdir.


Heyvanlar aləmi baxımından nisbətən zəngindir. Quşlardan qütb bayquşu, çovdarçıkimilər, Şimal sərçəsi (növ), ağ qağayı, çəhrayı qağayı , moryanka və susüpürənlər, qaqa, qaqar ağ kəklik, gümüşü qağayı və şanaquyruq qağayı rast gəlinir. Məməlilərdən: ağ ayı, şimal maralı, tülkü, canavar, lemminq və başqaları yaşayır. Sahillərində: halqaşəkilli suiti, Qrenlandiya suitisi, ağ balina, morj, laptev morju və saqqallı suiti.


İri adaları: Bolşevik adası, Komsomoles adası, Krupskoy adası, Oktyabr İnqilabı adası, Starokadomski adası, Şmidt adası, Pioner adası, Malıy Taymır və Naydyonış adası.