Bu maraqlıdır!

Raşmor dağı

Amerikanın ən məşhur simvollarından biri Raşmor milli memorialıdır. Raşmor ABŞ tarixində dərin iz qoyan şəxsiyyətlərin xatirəsini öz əzəməti ilə ömürlük əbədiləşdirib.


Cənubi Dakotada, Blək Hills dağlarında yerləşən memorial illik üç milyona yaxın insanı qəbul edir. Monumentin yaradılmasının ideyası yerli tarixçi Doan Robinsona məxsusdur. Düzdü, onun fikrinə görə qayada ölkənin inkişafına təsir edən digər şəxslər təsvir olunmalı idi. Məsələn: hind lideri “Qırmızı bulud” və digər Amerikaya ilk ayaqbasanların təsvirləri. 


Möhtəşəm monumentin yaradıcısı heykəltaraş Qatson Borglum oldu. O, Robinsonun müraciət etdiyi ilk insan deyildi, lakin o bu ideya ilə çox yaxından maraqlandı və qayada hazırda olan Amerika prezidentlərini təsvir etmək ideyasını irəli sürdü. Təbii ki, xatirəsi əbədiləşdirilən hər bir prezident buna artıqlaması ilə layiq idi: Corc Vaşinqton - ilk prezident, Tomas Cefferson - müstəqillik bəyənnaməsinin müəlliflərindən biri, Teodor Ruzvelt - ötən əsrin ilk illərində, çox çətin dönəmdə Amerikanı idarə etmiş şəxs və Linkoln - quldarlığı ləğv edərək, öz həyatı bahasına vətəndaş müharibəsinə son qoyan prezident.


1925-ci il martın 5-də işlərin başlanması haqqda qanun lahiyəsi hazırlandı. Lakin proyektin icra edilməsi iki ilə qədər gecikdi. Təbii ki, səbəb vəsaitin çatışmaması idi.


İlk işlər 1927-ci il oktyabrın 4-də başladı. İşlərin çoxu böyük depressiya illərinə təsadüf etdiyindən, Borqlum qaya üzərində işləməklə yanaşı, işlərin dayanmaması üçün vəsait də axtarmağa məcbur olurdu. Memorial mərhələ-mərhələ hazır olurdu: 1930-cu ilin iyuluna qədər Vaşinqtonun abidəsi hazır idi. 1936-1937-ci illərdə müvafiq olaraq Cefferson və Linkolnun da abidələri hazırlandı. 1939-cu ildə, nəhayət, Ruzvelt də qayada təsvir olundu. Milyon dollar və 14 il bu gözəllikdə olan monumentin hazırlanmasına xərcləndi. Təəssüf ki, Borqlum son tamamlanma işlərinin başa çatmasına bir neçə ay qalmış - 1941-ci ilin martında vəfat etdi. Son işləri heykəltaraşın oğlu Linkoln davam etdirdi.


Prezidentlərin təsviri monumentin ən gözəl və əsas hissəsi olsa da, yeganə hissəsi deyil. Bundan başqa, kompleksə Bayraqlar Xiyabanı (Avenue of Flags), bütün monumentə gözəl mənzərə açılan müşahidə meydançası (Grandview Terrace) və heykəltaraşın muzeyi aiddir.