Təbiət

Qərb küləyinin çiçəyi: Zefirantes

Zefir otlarının nə olduğunu bilirsinizmi? Şirniyyatlar? Güman etməyin. Zephyr, qərb küləyinin adıdır. Bitkinin adı "zefir" - qərb küləyi, "antos" - çiçək sözlərindən götürülüb.

 
Zefirantes külək əsəndə və yağışlı mövsüm başlayanda böyüyür və çiçək açır. Buna görə yerli sakinlər zefirantları yağış çiçəyi də adlandırırlar. Əsasən Mərkəzi və Cənubi Amerikada yetişir.


Zefirantes bitkisi Amarilis ailesindəndir. Soğanlı, otlu və çoxillik bitkidir. Çoxaldılmasını toxum və soğan köklərini ayıraraq etmək olur. Başqa rənglərdə də çiçək açanı da var.


Təxminən 35 növ var. Bu, çox gözəl bir bitkidir, xüsusi qayğı və çox yer tələb etmir. Yarpaqları uzun, 40 sm-ə qədərdir, nərgizin yarpaqlarına bənzəyir.