Xəbərlər

İngilis dilinin tədrisində yeni yanaşma: “Happy Campers” dərsliyi

2020-2021-ci tədris ilindən istifadəyə verilən yeni dərsliklər sırasında “Macmillan” nəşriyyatının ingilis dili fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də yer alır.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dərslik “Edumedia-Azərbaycan” şirkəti tərəfindən yerli kontekstə və müvafiq təhsil proqramına uyğunlaşdırılıb, ibtidai sinif şagirdlərinin yaş psixologiyası xüsusiyyətləri nəzərə alınıb. Dərslik komplektində çoxlu sayda musiqi və didaktik oyunlardan ibarət dərs materialları verilib.