Bu maraqlıdır!

"Bu səs kimin səsidir?" oyunu

Uşaqlarda diqqəti inkişaf etdirən, onlara səs sahibini tanımağı öyrədən "Bu səs kimin səsidir?" oyunu olduqca əyəncəlidir.

 

Uşaqlar dairədə dayanırlar. Uşaqlardan biri mərkəzdə dayanır və onun gözlərini bağlayırıq (yaxud özü əlləri ilə tutur). Dairədəki uşaqlardan biri gözü bağlı olan yoldaşına yaxınlaşıb belə deyir:

 

Əgər tanısan məni,

Əvəz edərəm səni.

 

Gözü bağlı olan uşaq gözünü açmamalı, ona səslənən uşağı dərhal, səsindən tanımalıdır. Tanısa, onlar yerlərini dəyişirlər, bu dəfə danışan uşağın gözü bağlanır. Tanımasa, uşaq geri qayıdır, başqa bir uşaq gəlib, eyni sözləri təkrar edir. Oyun beləcə davam edir.