Xəbərlər

Məktəblərdə qış tətili başlayır

Bu gün ümumi təhsil müəssisələrində 2020-2021-ci tədris ili üzrə qış tətili başlayır.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qış tətili yanvarın 27-dən 31-dək davam edəcək.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.